...

Sabiq iqtisadi inkişaf naziri məhkəmədə ifadə verib

Cəmiyyət Materials 6 İyun 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və digər 17 nəfərin məhkəmə prosesi F.Əliyevin ifadəsi ilə davam etdirilib.

F.Əliyev ona qarşı irəli sürülən ittihamlarlra razılaşmadığını deyib.

Keçmiş nazir ifadəsində həmçinin həbsi barədə də danışıb. Bildirib ki, 19 oktyabr 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinə aparıldıqdan sonra ona bildiriblər ki, o, Rəsul Quliyevlə əlbir olaraq dövlət çevrilişinə cəhd göstərib. F.Əliyev deyib ki, Quliyevlə heç bir əlaqəsi olmayıb və keçmiş maliyyə naziri Fikrət Yusifova isə yalnız məişət problemlərində kömək edib. Daha sonra F.Əliyevə fəaliyyəti ilə bağlı ittihamlar irəli sürülüb və F.Əliyev bu ittihamları qəbul etmədiyini və ona qarşı şahid ifadələrinin təzyiq altında alındığını deyib.

Məhkəmə iclası F.Əliyevin ifadəsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti