Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın cüdo yığması sentyabrda Braziliyada keçiriləcək dünya birinciliyinə (lisenziya xarakterli) hazırlığa İsmayıllıda başlayacaq.
Komandanın baş məşqçisi Ağayar Axundzadə bildirib ki, bu mötəbər yarışa hazırlığın birinci mərhələsi məhz burada keçəcək. Təlim-məşq toplanışına demək olar ki, bütün aparıcı idmançılar yollanıb. Tezliklə onlara klublar arası Çempionlar kubokunda Ukrayna "Dinamo"sunun heyətində çıxış edən Avropa birinciliyinin bürünc mükafatçısı Kifayət Qasımova ( 57 kq) qoşulacaq.
Çalışdırıcı qeyd edib ki, məşqlər ilk növbədə fiziki hazırlığa yönələcək. Məqsəd ilin ikinci yarısındakı mötəbər yarışlara yaxşı hazırlaşmaqdır.