...

Koreyanın otüstü hokkey yığmasının baş məşqçisi: Azərbaycana qarşı oyun çətin olacaq

Cəmiyyət Materials 12 İyun 2007 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Azərbaycan yığmasına qarşı oyun heç də asan olmayacaq". Bunu Koreyanın qadınlardan ibarət otüstü hokkey yığmasının baş məşqçisi Ci Su Xan Bakıda keçirilən "AtaHolding Hockey Champions Challenge" turnirin üçüncü turu öncəsi deyib.

Çalışdırıcının fikrincə, nəzərə alınsa ki, yetirmələri hazırda vahid liderdirlər, Azərbaycana qarşı oyun koreyalı idmançıların gücünün yoxlaqılması üçün əsl sınaq olacaq. "İş onda deyil ki, rəqib meydan sahibir. Doğrudur, bunu da nəzərə almaq lazımdır. Sadəcə, həmişə turnirdə qələbə dadını bilməyən komandalara qarşı oynamaq həmişə təhlükəlidir. Onların geriyə yolu yoxdur. Bu səbəbdən də bizi çətin qarşılaşma gözləyir" - deyə C.Xan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti