...

Avropa Məhkəməsinin hakimi: "Azərbaycanın məhkəmə sistemi konkret hüquqi məsələlər üzrə presidentləri özü formalaşdırmalıdır"

Cəmiyyət Materials 12 İyun 2007 20:22 (UTC +04:00)

Avropa İnsan Haqları Məhkəməsinin hakimi Xanlar Hacıyevlə Trend in müsahibəsi

- İnsan haqları üzrə Avropa Məhkəməsində islahatlar aparılması prosesi hansı mərhələdədir? Məhkəməyə ünvanlanan çoxsaylı şikayətlərlə bağlı problemlər aradan qaldırılırmı?

- Əvvəlcə mən qısaca olaraq 1998-ci il noyabrın 1-dən qüvvəyə minən İnsan hüququ və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın yeni redaksiyasına uyğun olan 11 saylı Protokol üzərində dayanmaq istərdim. Onun həyata keçirilməsi Avropa Məhkəməsində zəruri islahatları reallaşdırmağa imkan verdi: məhkəmə daimi əsaslarla işləməyə başladı, bundan sonra isə özü şikayətin qəbul olunması, dosyenin hazırlanması, prosedurun sülh yolu ilə həll olunmasına yardım edir. Əvvəllər bu, Avropa Komissiyasının səlahiyyətlərinə aid edilirdi. Sadalanan dəyişikliklər edildikdən sonra bu komissiyanın fəaliyyətinə son verildi. Bu islahatların aparılmasında məqsəd vahid orqanın yaradılması - işlərə baxılma müddətinin qısaldılması və səmərəliliyin artırılmasıdır.

Fəaliyyətin birinci ilinin təhlilinə əsasən ekspertlərin qiymətləndirməsi göstərdi ki, məhkəmə həll olunmuş şikayətlərin sayının artmasına və qərarların ali hüquqi qüvvəsini saxlamağa müvəffəq olub. Avropa Məhkəməsinin keçmiş sədri L.Vildxaber 2000-ci il iyulun 8-də olan müraciətində islahatların davam etdirilməsinə işarə etmişdi. Belə ki, o vaxtdan bu yana, 7 il müddətində daxil olan şikayətlərin sayı təqribən 50 faiz artıb. 46 ölkəni və ümumilikdə 800 milyon nəfəri əhatə edən Avropa Məhkəməsində daha effektiv müdafiəyə nail olmaq üçün yeni impuls lazım idi. Uzun illər ərzində aparılan müzakirələr nəticəsində Avropa qanunvericiliyi Konvensiyaya 14-cü əlavə protokolu hazırladı. Güman edilirdi ki, bu sənəd 46 ölkə tərəfindən ratifikasiya edildikdən sonra 2006-cı ildə qüvvəyə minəcək və məhkəmə tərəfindən baxılmış şikayətlərin (2007-ci ilin mayında onların sayı 95 minə çatırdı) sayını artıracaq. Amma 14-cü protokol yalnız 45 ölkə tərəfindən ratifikasiya edilib. Rusiya Federasiyasının da qısa zamanda buna qoşulacağı gözlənilir.

- Hansı tədbirlərin görülməsi planlaşdırılır?

- Nəzərdə tutulub ki, dördüncü növ məhkəmə tərkibi tətbiq olunsun, burada məruzəçi hüquqşünasın yardımı ilə bir hakim fəaliyyət göstərəcək. Həmin bu bir hakim indi üç hakimdən ibarət komitəni əvəz edəcək. Onlar şikayətləri bir növ süzgəcdən keçirərək, onların hansı əsaslara görə qəbul olunmamasını elan edəcəklər.

Eyni zamanda, məhkəmə bir icraatda məsələni həm qəbul etmək, həm də şikayətə baxmaq imkanı əldə edəcək. Bundan əlavə, 14-cü protokola əsasən məhkəmə müəyyənləşdirsə ki, ərizəçiyə əhəmiyyətli dərəcədə zərər vurulmayıb, konvensiya və protokollarda nəzərdə tutulan insan hüquqlarına hörmət prinsipləri əsasında şikayətə baxmaq zəruri deyil, onda şikayəti qəbul etməyə də bilər. Bununla yanaşı, bu cür əsaslara görə milli məhkəmələrdə lazımı qaydada baxılmayan işlərdən imtina oluna bilməz.

Müəyyənləşdirilir ki, məhkəmə baxışının istənilən mərhələsində tərəflər barışığa gələ bilərlər. Nəzərdə tutulur ki, Avropa Şurasının insan hüquqları üzrə Komissarı Avropa Məhkəməsində istənilən iş üzrə, eləcə də, Palata və məhkəmənin Böyük Palatasında aparılan dinləmələrdə iştirak edə və qeydlərini yazılı formada təqdim edə bilər. Avropa Məhkəməsinin öz proqnozlarına əsasən, 14 nömrəli protokolun qüvvəyə minməsi Konvensiyanın fəaliyyətinin effektivliyini 25-30 faiz artıracaq. Göründüyü kimi, bu çox mühüm sənəddir, amma şikayətlərin müşahidə olunan bu cür artımında o, strateji olaraq bütün məsələləri həll etməyəcək. 2005-ci ilin mayında dövlət və hökumət başçılarının sammitində yeni təkliflərin hazırlanması üzrə işləri davam etdirmək qərara alınıb. Bu məqsədlə tərkibinə 11 avropalı məşhur hüquqşünasın daxil olduğu "Hakimlər Qrupu" yaradılıb. İndi əsas məsələ odur ki, 14-cü protokol mümkün qədər tez qüvvəyə minsin. Çünki müstəqil qrupun təklifi artıq qüvvədə olan protokola əsaslanır.

Güman edilir ki, göstərilmiş təkliflərin tətbiq olunması bir tərəfdən Avropa Məhkəməsinin yükünün azaldılmasına səbəb olacaq, digər tərəfdən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin effektivliyini artıracaq.

- Hazırda Azərbaycandan Avropa Məhkəməsinə əsasən hansı məsələlərlə bağlı müraciətlər daxil olur?

- Əgər şikayətləri təhlil etsək və qruplaşdırmağa çalışsaq, şikayət olunan hüquqların çoxsahəli olduğunu görərik. Hətta Konvensiya tərəfindən təmin olunmuş müxtəlif hüquqların pozulması ilə əlaqədar çıxarılmış üç qətnamə, F.Hacıyevin şikayəti ədalətli məhkəmə araşdırması hüququ (Maddə 6) ilə bağlıdır. Belə ki, ona məhkəməyə müraciət etmək imkanı verilməyib; S.Cəlaloğlunun şikayəti ona işgəncə verilməsi və dövlət orqanları tərəfindən onun şikayəti üzrə effektiv araşdırmanın aparılmaması (Maddə 3); Ramazanov və başqalarının şikayəti - ictimai təşkilatın qeydiyyata alınmasından uzunmüddətli imtina (Maddə 11). Digər pozuntular isə müxtəlif xarakterlidir: məhkəmə qərarının yerinə yetirilməməsi, seçki hüquqları, ədalətli məhkəmə araşdırması ilə bağlı müxtəlif şikayətlər, azadlıq və şəxsi toxunulmazlıq hüququ.

- Avropa Məhkəməsi presidentlərinin Azərbaycan məhkəmələri tərəfindən tətbiq olunması sizi qane edirmi? Bizdə bu sahədə olan problemlər nədən ibarətdir?

- Təbii ki, tam mənada bunu demək mənim üçün çətindir, belə ki, buna görə ölkədə məhkəmələr tərəfindən tətbiq olunan qərarları təhlil etmək lazımdır. Mən ancaq öz müşahidələrimin nəticələrini sizlə bölüşə bilərəm. Qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqları sahəsində vahid Avropa düzəninin formalaşdırılmasında Azərbaycan az iş görməyib. Xüsusilə Avropa Konvensiyasının təsiri altında formalaşan ölkə qanunvericiliyi və hüquqi sistemini göstərmək lazımdır. Ədliyyə Nazirliyi mütəmadi olaraq Avropa Şurası və digər hüquq institutları ilə əməkdaşlıq səviyyəsini genişləndirir. Onlar tərəfindən hakimlər üçün Avropa Məhkəməsinin hüquq presidentlərinin öyrənilməsi üçün məşğələlər təşkil olunur. Hüquqi müdafiənin səviyyəsi artıb, bu da məhkəməyə ünvanlanan müraciətlərin keyfiyyətinin yaxşılaşmasında özünü biruzə verir. 30 mart 2006-cı ildə Ali Məhkəmənin plenumu Avropa Məhkməsinin president hüququnun və məhkəmələrdə Avropa Konvensiyasının tətbiqi ilə bağlı mühüm qətnamə qəbul edib.

Ümumilikdə, məhkəmələrdə bu hüququn tətbiqi milli məhkəmələrdə yerli qanunvericilikdən başqa arqumentlərin əsaslandırılması üçün əlavə xarakter daşıyır. Güman etmək olar ki, formalaşan məhkəmə praktikasının səviyyəsi ümumavropa məcrasına inteqrasiya üçün daha müasir yanaşmanı tələb edən qanunvericiliyin keyfiyyətindən geri qalır. Bizə təqdim olunan şikayətlər ədalət mühakiməsində institusional mənada daha dərin problemlərin olduğunu söyləməyə imkan verir. Məncə bunları xüsusi səhvlərə qədər sadələşdirməyə dəyməz. Bu cür hərəkət etmək həm gələcək məhkəmə hakimiyyəti nöqteyi-nəzərindən, həm də ümumilikdə dövlət hüququ qarşısında duran tapşırıqların formalaşdırılması baxımından düzgün deyil.

Avropa Məhkəməsinin təsiri altında milli məhkəmələr konkret məsələlər üzrə presidentləri özü formalaşdırmalıdır. Onların fəaliyyəti mühüm hüquqi prinsip olan müəyyənlik və vətəndaşların qanun qarşısında bərabərliyinin müəyyənləşdirilməsinə xidmət edir.

Ədalət mühakiməsi vətəndaşların məhkəmə orqanlarının müstəqilliyi və qərəzsizliyinə inamını artırır. Sizin birinci sualınızn ardı olaraq demək istərdim ki, Avropa hüquq müdafiə sisteminin gələcəyi ümumilikdə susbsidarlıq prinsipi də nəzərə alınmaqla milli hüququn inkişafından asılıdır.

Milli məhkəmələr özləri hazır olmalıdır ki, Avropa Məhkəməsinin presidentlərini qəbul edə bilsinlər və yaranan məsələlərin vahid şəkildə və effektiv həlli praktikasını yaratsınlar.

Xüsusilə məhkəmələrin öz təxirəsalınmaz həllini, daha mühüm hüquqların həlli üzrə presidentlərin yaradılmasını tələb edən hüquqi inteqrasiya fəaliyyəti vacibdir. Sadalananlar dövlətə imkan verəcək ki, milli qanunvericilik və məhkəmə sistemində olan çatışmazlıqları sistemli və strukturlu şəkildə müəyyən etsin və aradan qaldırsın.

Əlbəttə, presidentlərə münasibətdə ciddi çeviklik tələb olunur. Belə ki, zamanın tələbinə uyğun olan və cəmiyyətdə öz əksini tapan dəyişikliklər burada nəzərə alınmalıdır.

Xəbər lenti

Xəbər lenti