...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Azərbaycan əsgəri ilə görüşüb

Cəmiyyət Materials 27 İyun 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri ilə görüşüb. Əsirin atası Nazim Məmmədov cümə axşamı Trend ə bildirib ki, BQXK-nin nümayəndələri bu gün səhər ona zəng edərək dünən Samir Məmmədovla görüşdüklərini deyiblər. Təşkilatın nümayəndələri Samirin səhhətinin yaxşı olduğunu bildiriblər. Bu dəfə də Samir Məmmədov ailəsinə məktub göndərməyib.

BQXK-nın nümayəndələri Samir Məmmədovla sonuncu dəfə mayın 11-də görüşmüşdü.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, kiçik çavuş Samir Məmmədov ötən il dekabrın 24-də ermənilər tərəfindən əsir götürülüb. Məmmədov valideynlərinin yazdığı sonuncu məktublara cavab yazmayıb. Əsirin valideynləri ona ermənilər tərəfindən təzyiq olunduğunu və məktubların ona çatdırılmadığını iddia edir.

Qazax rayonundakı N saylı hərbi hissənin əsgəri, Bərdə rayon hərbi komissarlığından hərbi xidmətə çağrılan Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhədində ermənilər tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti