...

Amnesty International Azərbaycan hökumətini qaçqın və məcburi köçkünlərin vəziyyətini yaxşıladırmağa çağırıb

Cəmiyyət Materials 28 İyun 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ "Amnesty International" hüquq müdafiə təşkilatı Azərbaycan hökumətini Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi nəticəsində zərərçəkən köçkünlərin həyat şəraitini yaxşılaşdırşmağa çağırıb. Çağırış təşkilatın cümə axşamı dərc olunmuş 2007-ci il üçün xüsusi məruzəsində (Amnesty International Report 2007) əks olunub.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal olunub. Münaqişə nəticəsində yalnız Azərbaycan tərəfindən təqribən 1 mln. nəfər qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Təşkilatın xüsusi məruzəsində göstərilib ki, daxili qeydiyyat qaydalarının çətinliyinə görə məcburi köçkünlərin hərəkət hüquqlarının pozulmasına son qoyulmayıb. "Qeydiyyat işədüzəlmə və sosial xidmət hüquqlarını müəyyən bir əraziyə bağlayır. Əhalinin müvəqqəti sığınacaqlardan normal yaşayış üçün xüsusi tikilmiş evlərə köçürülməsinə nail olunsa da, bu evlərin çoxu iqtisadi çətinlik çəkən kənar rayonlarda yerləşir. Bura köçürülən insanlar işsizlik və təhsil, səhiyyə kimi əsas xidmət növlərinin olmamasınadan əziyyət çəkirlər",-deyə hesabatda qeyd olunub.

Məruzədə həmçinin göstərilib ki, ölkədə söz azadlığı, sərbəst toplaşmaq və birləşmək hüquqları məhduddur. "Polis nümayişləri müntəzəm olaraq zor tətbiq etməklə dağıdır. Müxalifət jurnalistləri hücumlara məruz qalır, həbs olunur, cərimələnir, narkotiklərlə bağlı şübhəli ittihamlara məruz qalır, böhtana görə cinayət məsuliyyətinə cəlb olunurlar. Müxalif siyasətçilər ədalətli məhkəmə çəkişməsi hüququndan imtina edilib. Mövcud məlumatlara əsasən, bəzi hallarda onlara lazımi tibbi yardım göstərilməyib, özləri tərəfindən seçdikləri vəkillərə müraciət etmək hüquqlarından məhrum olunublar", - deyə hesabatda göstərilib.

Hesabatda göstərilib ki, çoxları tərəfindən siyasətçilər arasında olan korrupsiyanı tənqid etdiyinə görə 2005-ci ildə öldürülən müxalifət qəzetinin redaktoru Elmar Hüseynovun işi üzrə irəliləyiş yoxdur. Ayrı-ayrı qəzetlərin və şəxslərin əleyhinə isə diffamasiya ilə bağlı cinayət işləri qaldırılıb ki, bu da qəzetlərin bağlanılması və cinayət məsuliyyətinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti