...

ABŞ-ın Azərbaycandakı səfiri İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı ilə bağlı təkliflər zərfini təqdim edib

Cəmiyyət Materials 3 İyul 2007 12:32 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı ilə bağlı təkliflər zərfini təqdim edib

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Enn Dersi ölkəmizdə təsdiq olunan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi zamanı qarşıya çıxacaq problemlərin həlli üçün təkliflər zərfini ombudsman Elmira Süleymanova təqdim edib. Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı bildiriblər ki, bu sənəd ABŞ səfirinin ombudsmanla görüşü zamanı təqdim olunub. Təkliflərdə Azərbaycanda qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə, siyasi islahatlar və azad seçkilərin keçirilməsi, insan hüquqlarına hörmətlə yanaşan təsisatların yaradılması və inkişafı, azad media, əhalinin hüquqi təhsili, demokratik şüurun formalaşdırılması məsələlərinə diqqət yetirilməsi qeyd olunub.

Ombudsman Süleymanova Milli Fəaliyyət Planının qəbul olunmasını təklif etdiyini, bu sənədin icraçıları olan dövlət qurumları, həmçinin QHT, hüquq klinikaları və KİV nümayəndələri ilə məsləhətləşmələrin aparıldığını, Müvəkkil yanında İşçı qrupların yaradıldığını deyib.

Xəbər lenti

Xəbər lenti