...

Azərbaycanlı arbitr Çempionlar liqasının matçını idarə edəcək

Cəmiyyət Materials 5 İyul 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ FİFA hakimi Fariz Yusifov Çempionlar liqasının matçına təyinat alıb.

AFFA-dan verilən məlumata görə, Azərbaycan briqadası yarışın seçmə mərhələsi çərçivəsində Andorranın "Rencers" və Moldovanın "Şerif" klubları arasında oynanılacaq cavab görüşü idarə edəcək. Bu oyun iyulun 24-də baş tutacaq. Qarşılaşmanın favoritləri Tiraspol klubu sayılır. Bu klubun növbəti mərhələyə çıxmaq üçün yaxşı şansları var. Onu da bildirək ki, Andorraya yollanacaq hakimlər briqadasının tərkibi yaxın günlərdə bəlli olacaq.

Digər FİFA hakimi Babək Quliyev isə iyulun 31-də UEFA Kubokunun birinci mərhələsinin Lyüksemburqun "Karjenq-97" ilə Norveçin "Lillestrem" arasında oynanılacaq cavab görüşü idarə edəcək.

Bu oyunda skandinavlar qələbə üçün daha böyük şanslara malikdirlər.

Xəbər lenti

Xəbər lenti