...

Gəncədə 8 azyaşlı uşaq vərəmə yoluxub

Cəmiyyət Materials 11 İyul 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhərində yanvar-iyun aylarında 59 vərəmə yoluxan xəstə qeydiyyata alınıb. Bu barədə Gəncə şəhər Ağ Ciyər Xəstəlikləri Dispanserinin baş həkimi Əli Rüstəmov məlumat verib. Rüstəmov bildirib ki, ötən ilin müvafiq dövründə 63 vərəmə yoluxan xəstə qeydiyyata alınıb.

Bu il qeydiyyata düşmüş 59 xəstədən 3-ü yeniyetmə, 8-i isə azyaşlı uşaqdır.

Baş həkim belə xəstələrin sayının azalmasının əsasən 2001-ci ildən etibarən müşahidə olunduğunu söyləyib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti