...

Keçmiş iqtisadi inkişaf nazirinin məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib

Cəmiyyət Materials 16 İyul 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən 17 şəxsin məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib.

Proses başlayan kimi Fərhəd Əliyev məhkəmədən söz alaraq bildirib ki, mənimsəldiyi bildirilən 314 min ədəd özəlləşdirmə payına 12 müəssisə özəlləşdirilib və satılıb. Lakin, bu prosesin ona heç bir aidiyyəti olmayıb və müəssisələr Kərəm Həsənovun iştirakı ilə özəlləşdirilərək satılıb. Bu müəssisələr arasında "Bakı maşınqayırma zavodu", "Azərşin zavodu", Bakı İnşaat Müəssisəsi, Neftçaladakı balıq zavodu, Moskva mehmanxanası və digər müəssisələr də var.

Sonra şahid qismində İqtisadi İnkişaf Nazirliyi Lənəkəran şəhər şöbəsinin rəisi Faiq Muradov dindirilib. O ifadəsində göstərib ki, 2004-cü ilin avqust ayında İİN -in auksion mərkəzinin direktru, (hazırda müttəhimlər kürsüsündə əyləşmiş)Ağəli Əhmədov ona zəng vuraraq özəlləşdirmə payı əvəzinə vətəndaşlara 20 min (AZM) verməyi tapşırıb. Vətəndaşlarda olan payları isə toplayaraq İİN-ə göndərməsinə göstəriş verib. Şahidin ifadəsinə görə, Əhmədov həmin vaxt bu göstərişin F.Əliyevdən gəldiyini bildirib. "Mən də nazirin göstərişini yerinə yetirmişəm".

Xəbər lenti

Xəbər lenti