Azərbaycan, Bakı, 31 iyul \müx.TrendLife Eldar Hüseynzadə/Azərbaycan Dövlət Kukla Teatrı ilk təmirə bağlanan teatrlardan biridir. Teatrın direktoru Rəhman Quliyevin TreendLife-a bildirdiyinə görə, ilk açılan da o olacaq. Onun dediyinə görə, "Hələ ki, dəqiq tarix bilinmir. Yəqin ki, payıza hazır olacaq. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və nazirliyin nümayəndələri həftədə bir neçə dəfə təmirin gedişini izləməyə gəlirlər. Artıq onun dam örtüyü, qapısı, döşəmələri hazırdır. Foyedə xaricdən gətirlmiş mərmərlər döşənəcək. Toğrul Nərimanbəyov isə foyeni öz istədiyi kimi düzəldəcək. Artıq müasir qurğular quraşdırılıb. Əgər əvvəllər bizdə 20 -yə yaxın işıqlandırıcı qurğular vardısa, indi onların sayı 100-ə yaxındır. Bizim texniklər onları işlətməzdən əvvəl xaricə təcrübəyə gedəcəklər. İnanın, bizim Kukla Teatrı bütün dünya standartlarına uyğun olacaq".