...

Amerikalı diplomat: ABŞ Azərbaycanda hökumət, müxalifət və KİV arasında qarşılıqlı anlaşma yaratmaq üzərində işləyir (video)

Cəmiyyət Materials 2 Avqust 2007 19:35 (UTC +04:00)
Amerikalı diplomat: ABŞ Azərbaycanda hökumət, müxalifət və KİV arasında qarşılıqlı anlaşma yaratmaq üzərində işləyir (video)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ ABŞ Azərbaycanda hökumət, müxalifət və KİV arasınada qarşılıqlı anlaşma yaratmaq üzərində işləyir. Bunu cümə axşamı Bakıda ABŞ dövlət katibinin müşaviri Mətyu Brayza bəyan edib.

Azərbaycana səfərinin məqsədini şərh edərkən o bildirib ki, Azərbaycanın dövlət məmurları ilə müzakirə etdiyi əsas məsələ 2008-ci il prezident seçkiləridir. Brayza bildirib ki, demokratiyanın möhkəmləndirilməsi nöqteyi nəzərindən mətbuat azadlığının təmin olunması çox mühümdür.

Onun fikrincə, mətbuatın azadlığı iki istiqamətdə inkişaf etməlidir: mətbuat öz fikrini ifadə etmək üçün azad söz hüququna malik olmalıdır, ikincisi isə yüksək peşəkarlıq standartlarından istifadə edən jurnalistlər demokratiyanın inkişafına yardım etməlidilər, qalmaqal yaratmalı deyillər.

"Hakimiyyətin mətbuatın və söz azadlığının məhdudlaşdırılmasına yönəlmiş fəaliyyətinə haqq qazandırmaq olmaz", - deyə Brayza yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti