...

"Bakı"nın qolkiperi İngiltərə yığmasına qarşı oynaya bilər

Cəmiyyət Materials 9 Avqust 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Bakı"nın qolkiperi Xalidu Sissoko avqustun 22-də Londonda İngiltərə yığmasına qarşı oyunda iştirak edə bilər.

Trend in xəbərinə görə, qapıçı Seneqal yığmasından dəvət alıb. Sissoko bu yığmanın heyətində 2002-ci ildəki mundialda olub. Doğrudur, o vaxt o, ehtiyatda idi. İndi isə Sissoko əsas qapıçı Toni Silva ilə rəqabət apara bilər.

Onu da qeyd edək ki, baş məşqçi İngiltərə yığmasına qarşı oyunda Sissokonu əsas heyətdə yerlə təmin edəcəyi halda qolkiper Londona yollanacaq.

Xəbər lenti

Xəbər lenti