...

"Bizim yol" qəzetinin həbsdə olan əməkdaşı səhhətindəki problemdən şikayətçidir

Cəmiyyət Materials 14 Avqust 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ "Bizim yol" qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynov səhhətindəki problemdən şikayətçidir. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov çərşənbə axşamı Trend ə bildirib ki, Hüseynovla saxlandığı 1 saylı İstintaq Təcridxanasında görüşüb. Özünü elan olunduğu ittiham üzrə təqsirli bilməyən jurnalist qaraciyərində güclü ağrılar olduğunu bildirib. Hüseynov saxlanma şəraitindən, ona olan münasibətdən şikayət etməyib.

Hüseynov iyulun 24-də Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Rizvan Əliyevdən 3500 dollar rüşvət alarkən xüsusi əməliyyat nəticəsində həbs olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) maddəsi ilə cinayət işi qaldırılıb. Jurnalistin işi üzrə istintaqı Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır. Hüseynov hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Onun barəsində Yasamal rayon məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib və Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti