...

Musiqi mədəniyyət muzeyində ingilis xanım olan Nina Uolberq işləyir

Cəmiyyət Materials 21 Avqust 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Hüseyenzadə/ Sözün doğrusu, mənə deyəndə ki, Musiqi mədəniyyəti muzeyində işə ingilis xanım Nina Uolberq düzəlib, çox təccübləndim. Axı belə hallar çox az olur. Əgər elələrini tanıyrsınızsa adlarını deyə bilərsiniz, maraqlı olardı. Mən belə halların ilk dəfədir ki, şahidiyəm. Belə halların olması, əlbəttə ki, çox yaxşıdır. Muzeydə hazırda azərbaycan musiqisi nəinki Azərbaycanda hətta xaricdə də təbliğ olunacaq. Nina Uolberq Azərbaycandakı Böyük Britaniyanın səfirinin xanımıdır. "TrendLife" Nina Uolberqin bu addımı nəyə görə attığı ilə maraqlandı.

- Mən könüllü olaraq Musiqi mədəniyyət muzeyində artıq iki aydır ki, işləyirəm. Lap dəqiq desəm iyulun əvvəllərindən.

-Bəs nəyə görə məhz bu muzeyi seçdiniz?

- British Council xətti ilə məni muzeyin direktoru Alla Bayramova ilə tanış etdilər. O, mənə muzeydə işləməyi təklif etdi. Təklif mənə maraqlı gəldi və razılaşdım.

-İngiltərədə nə işlə məşğul idiniz?

-Ondan başlayaq ki, mən İsveçrədə anadan olsam da uzun iilər Böyük Britaniyada yaşamışam. Təhsilcə mən arxeoloqam. Bakıya gələnə qədər isə Böyük Britaniyada tarix üzrə izləyici və arxeoloq işləmişəm.

-Bəs muzeydə nə işlə məşğulsunuz?

-Burada mən informasiyaları tərcümə edirəm.

-Xanım Uolberq sizcə azərbaycan muzeylərinin inkişafı üçün nə etmək lazımdır?

-Əvvala muzey haqqında informasiyaları nəinki ekskursiya vaxtı yəni hər zaman lazımdır. Bundan başqa isə əgər söhbət konkret olaraq Musiqi mədəniyyət muzeyindən gedirsə hesab edirəm ki, onun sahəsini artırmaq lazımdır. Çünki arxivdə o qədər eksponatlar var ki, onları göstərmək lazımdır.

-Azərbaycana gələnə qədər bizim mədəniyyətimizdən nəsə bilirdiniz?

-Yalan deməyəcəm. Az-maz. Bir iki adamı tanıyırdım. Bu sırada Nizaminin adını çəkə bilərəm. İndi isə mən sizin mədəniyyətinizi daha dərindən öyrənirəm. Və mənə çox maraqlı gəlir.

-Bəs arxeoloq kimi Bakı necə xoşunuza gəlir?

-Çox xoşuma gəlir. Burada çox qədim qəşəng binalar var. Yeni binalar da peyda olur. Bu inkişaf etməkdə olan şəhər üçün çox normaldır. Bundan başqa Azərbaycanın bölcələrində də olmuşam. Ən əsas Şəkidə. Xüsusi olaraq Xan Sarayından böyük zövq aldım. Ən çox xoşuma gələn yer isə İçəri Şəhərdir.

Xəbər lenti

Xəbər lenti