...

Qus Hiddink Rusiyanın “Anji” klubunun yeni baş məşqçisi oldu

İdman Materials 17 Fevral 2012 14:54 (UTC +04:00)
Rusiyanın “Anji” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib
Qus Hiddink Rusiyanın “Anji” klubunun yeni baş məşqçisi oldu

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/

Rusiyanın "Anji" klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Trend-in məlumatına görə, Qus Hiddinkin Mahaçqala təmsilçisi ilə danışıqları müsbət yekunlaşıb.

66 yaşlı hollandiyalı mütəxəssis yeni klubu ilə bütün müqavilə şərtlərini razılaşdırıb. Hiddink yaxın vaxtda "Anji" ilə 1,5 illik müqavilə imzalayacaq. Onun artıq bu gün komandasının Antalyadakı təlim-məşq toplanışına qoşulmağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti