...

Bakı-2020 layihəsində dəstək üçün 500 minə yaxın imza yığılıb

İdman Materials 16 Aprel 2012 16:03 (UTC +04:00)
Bakının 2020 Olimpiya və Paralimpiya Oyunlarına namizədləyini dəstəkləmək üçün bir ay öncə başlamış imzatoplama kampaniyasına artıq 500 min nəfər qoşulub.
Bakı-2020 layihəsində dəstək üçün 500 minə yaxın imza yığılıb

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakının 2020 Olimpiya və Paralimpiya Oyunlarına namizədləyini dəstəkləmək üçün bir ay öncə başlamış imzatoplama kampaniyasına artıq 500 min nəfər qoşulub.

Bakı-2020 Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən və yüzlərlə könüllülərin cəlb olunduğu bu kampaniya bu günə qədər uğurla davam edib.

Toplanılan imzaların sayının yarım milyona çatması isə Bakı 2020 layihəsinin aprelin 14-də Moskvada keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyasındakı təqdimatına təsadüf edib.

Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva deyib ki, bir ay müddətində yarım milyon əhalinin Bakının Olimpiya Oyunlarına namizədlik ərizəsini dəstəkləməsi çox sevindiricidir.

"Bu kampaniyanı uğurla təşkil edən hər kəsə, xüsusən də gənclərimizə çox minnətdaram. Bakı-2020 layihəsilə bağlı bizə uğurlar arzu edən Bakı və Azərbaycanın bütün bölgələrinin əhalisi imzatoplama kampaniyasına qoşularaq real dəstəyini bildiriblər", o deyib.

Nurullayeva Bakı 2020-nin rəsmi Facebook fan səhifəsinin də qısa müddətdə 50.000-dən çox tərəfdar yığmasını böyük uğur adlandırıb.

O qeyd edib ki, bu dəstək beynəlxalq medianın da diqqətindən kənarda qalmır.

"Bu yaxınlarda insidethegames.biz saytı namizəd şəhərlərin sosial mediadakı fəaliyyətinin monitorinqini edib və Bakı 2020 fan sahifəsinin həm tərəftarlarının sayı, həm də fəaliyyəti ilə digər şəhərləri qabaqladığını bildirib", Nurullayeva vurğulayıb.

Qeyd edək ki, imza kampaniyas Bakı 2020-nin rəsmi veb səhifəsi vasitəsi ilə elektron formada da aparılır.

Xəbər lenti

Xəbər lenti