...

Gürcüstan futbol üzrə "Avro 2020"-yə ev sahibliyi etmək üçün sifariş ərizəsini təqdim edəcək

İdman Materials 15 May 2012 14:49 (UTC +04:00)
Gürcüstan 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək uğrunda mübarizəni təkbaşına davam etdirəcək.
Gürcüstan futbol üzrə "Avro 2020"-yə ev sahibliyi etmək üçün sifariş ərizəsini təqdim edəcək

Gürcüstan, Tbilisi, 15 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək uğrunda mübarizəni təkbaşına davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı xüsusi brifinqdə idman və gənclərlə iş üzrə nazir Lado Vardzelaşvili bəyan edib.

Nazir qeyd edib ki, əvvəlcə Azərbaycanla birlikdə "Avro 2020"-nin hər iki ölkədə keçirilməsi üçün birgə sifariş ərizəsinin verilməsi planlaşdırılırdı. Lakin dövlət səviyyəsində aparılan məsləhətləşmələrdən sonra qərara alındı ki, Bakı 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi uğrunda mübarizəni davam etdirəcək, Gürcüstan isə "Avro 2020"-ni qəbul etmək üçün sifariş ərizəsi təqdim edəcək.

Vardzelaşvili vurğulayıb ki, bu gün sifariş ərizəsinin verilmə tarixi sona çatır və buna görə də Gürcüstan tərəfi onu elə bu gün UEFA-nın mənzil-qərargahına təqdim edəcək.

Nazir deyib ki, artıq bu il Lançxuti, Batumi və Zuqdididə yeni stadionlar inşa ediləcək. Bunların sırasına Tbilisi, Qori, Kutaisi, Rustavidə artıq mövcud olan arenaları əlavə etmək olar. Onun sözlərinə görə, ölkədə zəruri infrastruktur yaradılacaq.

"Ölkədə turizmin inkişaf etdiyi və artıq bu il 5 milyon turist gözlədiyimiz bir zamanda ölkədə mövcud olan mehmanxana və aeroport şəbəkəsi də 2020-ci ilə tam hazır olacaq", - nazir bildirib.

Bu günədək "Avro 2020"-nin keçirilməsinə yalnız Türkiyə sifariş ərizəsini təqdim edib.

Xəbər lenti

Xəbər lenti