...

"Neftçi" yenə də "Rubin"lə bacarmadı

İdman Materials 8 Noyabr 2012 23:04 (UTC +04:00)
UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Neftçi" doğma meydanda Rusiyanın "Rubin" komandasına minimal hesabla məğlub oldu.
"Neftçi" yenə də "Rubin"lə bacarmadı

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Neftçi" doğma meydanda Rusiyanın "Rubin" komandasına minimal hesabla məğlub oldu.

Trend-in məlumatına görə, qonaqlar oyunun 16-cı dəqiqəsində hesabı açdılar və sonadək üstünlüyü qoruyub saxlaya bildilər. Matçın yeqanə qolunu Vladimir Dyadyun vurdu.

Qeyd edək ki, "Nefçi" "Rubin"lə ilk görüşündə də elə bu hesabla məğlub olmuşdu.

Flaqman Avroliqa çərçivəsində növbəti matçına noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq və Serbiyanın "Partizan" komandasını qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti