...

Azərbaycan Beynəlxalq İdman Həyəcanı Proqramının aktiv iştirakçısıdr (FOTO)

İdman Materials 21 Yanvar 2013 16:54 (UTC +04:00)
Trend-in məlumatına görə, Sebastian Koe tədbirdə bildirib ki, Azərbaycan Beynəlxalq İdman Həyəcanı Proqramının aktiv iştirakçısıdr.
Azərbaycan Beynəlxalq İdman Həyəcanı Proqramının aktiv iştirakçısıdr (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir M.Əliyev/

Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Koe bazar ertəsi Bakı Olimpiya Kompleksində Beynəlxalq İdman Həyəcanı Proqramının irsinin davamçısı olan "İnkişaf Naminə İdman" İctimai Birliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi məşq prosesinə baş çəkib və tədbir iştirakçıları ilə görüşüb.

Trend-in məlumatına görə, Sebastian Koe tədbirdə bildirib ki, Azərbaycan Beynəlxalq İdman Həyəcanı Proqramının aktiv iştirakçısıdr.

Onun sözlərinə görə, proqramın məqsədi daha çox uşağın idmanla məşğul olmasına nail olmaqdır.

"Azərbaycanda bunun nümunəsini görürük. Azərbaycanda əldə edilən nəticələr bizi qane edir", - Sebastian Koe deyib.

Qeyd edək ki, Lord Sebastian Koe 2012-ci il London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib.

TOP's və Uşaq Atletikası proqramları üzrə təşkil edilən məşqdə Saray qəsəbəsinin 7 saylı xüsusi təyinatlı internat evindən olan əlilliyi olan uşaqlarla yanaşı, Bakının 27 və 23 saylı məktəblərinin şagirdləri də iştirak edib. Məşqin əsas məqsədi sağlam və əlilliyi olan uşaqlar üçün inteqrasiyalı məşqin nümayiş etdirilməsi, həmçinin atletika idman növünün yeni proqram vasitəsilə təbliğindən ibarətdir.

Azərbaycanda Beynəlxalq İdman Həyəcanı Proqramının icrasına 2007-ci ilin dekabrında Azərbaycan və Böyük Britaniya hökumətləri arasında idman sahəsində əməkdaşllığa dair imzalanmış Anlaşma Memorandumu ilə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti