...

Güləşçilərimiz Ankarada 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb

İdman Materials 10 Fevral 2013 21:39 (UTC +04:00)
Türkiyənin paytaxti Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 41-ci beynəlxalq turnir başa çatıb. Güləş Federasiyasından Trend-ə daxil olan məlumata görə, baş məşqçi Saypulla Absaidov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında turnirdə iştirak edən yığma komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.
Güləşçilərimiz Ankarada 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Türkiyənin paytaxti Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 41-ci beynəlxalq turnir başa çatıb. Güləş Federasiyasından Trend-ə daxil olan məlumata görə, baş məşqçi Saypulla Absaidov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında turnirdə iştirak edən yığma komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.

Yaşar Doğu turnirinin ilk günündə mübarizə aparan Məhəmməd Müslümov və Hacımurad Ömərov (hər ikisi 60 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) ilk görüşdə məğlub olub.

84 kq-da təmsilçimiz Məhəmmədhacı Xatiyev ilk görüşdə qələbə qazansa da, ikinci görüşdə İbrahim Bölükbaşı (TÜR) ilə görüşdən məğlub ayrılıb.

55 kq çəkidə mübarizə aparan Yaşar Əliyev ilk görüşünü qalib başa vurub. İkinci görüşdə Sezer Akgül (TÜR) ilə qarşılaşma həmyerlimiz üçün uğurlu olmayıb.

Lakin Yaşar Əliyev (55 kq) və Cəmaləddin Məhəmmədovun (120 kq) rəqibləri finala yüksəldiyindən güləşçilərimiz medal şanslarını saxlayıblar. Keçirdikləri bütün görüşləri qələbə ilə başa vuran güləşçilərimizin hər ikisi bürünc medal qazanıb.

Turnirin ikinci günündə mübarizəyə 4 güləşçimiz qoşulub. Onlardan Aleksandr Qostiyev (74 kq) və Xetaq Qazyumov (96 kq) finala qədər maneəsiz irəliləyiblər. Finalda da rəqibindən üstün olan Aleksandr Qostiyev qızıl medala sahib olub. Ancaq püşkatmayla rəqibinə yenilən Xetaq Qazyumov gümüş medalla kifayətlənib.

60 kq-da mübarizə aparan Hacı Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal görüşündə üz-üzə gəlib. Üstün olan Hacı Əliyev turnirin bürünc medalına sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti