...

Gürcüstan futbolçularını aparan təyyarə təcili eniş edib

İdman Materials 29 May 2013 17:03 (UTC +04:00)
Göyərtəsində futbol üzrə Gürcüstan millisinin oyunçuları olan təyyarə yerli vaxtla saat 11:30-da çarter reysi ilə Dublinə istiqamət alıb. Lakin havaya qalxdıqdan yarım saat sonra yenidən Tbilisi Beynəlxalq Hava Limanına enib.
Gürcüstan futbolçularını aparan təyyarə təcili eniş edib

Gürcüstan, Tbilisi, 29 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın "Airzena" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan yarım saat sonra Tbilisiyə geri qayıdıb.

Göyərtəsində futbol üzrə Gürcüstan millisinin oyunçuları olan təyyarə yerli vaxtla saat 11:30-da çarter reysi ilə Dublinə istiqamət alıb. Lakin havaya qalxdıqdan yarım saat sonra yenidən Tbilisi Beynəlxalq Hava Limanına enib.

Aviaşirkət hələlik rəsmi bəyanat vermir. Gürcüstan Futbol Federasiyasından (GFF) isə Trend-ə məlumatı təsdiqləyiblər.

GFF-dən təyyarənin hansı səbəbdən geri qayıtması barədə məlumata malik olmadıqlarını bildiriblər.

Qeyd edək ki, Gürcüstan futbolçuları İrlandiya milli komandası ilə iyunun 2-də keçirilməsi planlaşdırılan yoldaşlıq oyununda iştirak etmək məqsədilə Dublinə yola düşürdülər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti