...

Azərbaycan İslam Oyunlarında ikinci qızıl və ikinci gümüş medalını qazandı (ƏLAVƏ OLUNUB)

İdman Materials 24 Sentyabr 2013 14:41 (UTC +04:00)
Azərbaycan karateçisi Rafael Ağayev İslam Oyunlarının qızıl medalını qazanıb
Azərbaycan İslam Oyunlarında ikinci qızıl və ikinci gümüş medalını qazandı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 10:51-də yayılıb)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan karateçisi Rafael Ağayev İslam Oyunlarının qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz final döyüşündə İran idmançısını 5:2 məğlub edərək pyedestalın ən yüksək zirvəsinə qalxıb.

Finala gedən yolda Rafael Ağayev Liviya, Türkiyə və Misir karateçilərini məğlub etmişdi.

Qeyd edək ki, İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Oyunlarının ilk günündə dünən Azərbaycan karateçiləri Ayxan Mamayev qızıl, digər karateçi Şahin Atamov gümüş olmaqla iki medal qazanmışdılar.

XXX

3-cü İslam Həmrəyliyi Oyunlarının karate yarışlarında daha bir idmançımız medal qazandı. Sentyabrın 24-də keçirilən yarışlarda 67 kq çəki dərəcəsində döyüşən Niyazi Əliyev Sudan, Əlcəzair və Mərakeş idmançılarına qalib gələrək finala yüksəldi.

Finalda idmançımız Səudiyyə Ərəbistanından olan Alkahazami Fahad Atiasa 2:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətləndi.

Bununla da Azərbaycan karateçilərinin 3-cü İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayı 2-si qızıl, 2-si gümüş olmaqla 4-ə çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti