...

Azərbaycan Superkuboku uğrunda oyunun hakimləri məlum oldu

İdman Materials 21 Oktyabr 2013 16:46 (UTC +04:00)
“Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında keçiriləcək Azərbaycan Superkuboku uğrunda oyuna təyinatlar açıqlanıb.
Azərbaycan Superkuboku uğrunda oyunun hakimləri məlum oldu

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

"Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçiriləcək Azərbaycan Superkuboku uğrunda oyuna təyinatlar açıqlanıb.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, oktybarın 23-də, saat 15:00-da İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Rəhim Həsənov olacaq.

Onun köməkçiləri Yaşar Abbasov, Vaqif Musayev, dördüncü hakim Rauf Cabbarov və əlavə köməkçi hakimlər Əliyar Ağayev, Orxan Məmmədov təyin olunublar.

AFFA nümayəndəsi Şaiq Həmidov, hakim-inspektor isə Xaqani Məmmədovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti