Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Su İdmanı Növləri Federasiyasının İcraiyyə Komitəsi oktyabrın 30-da müxtəlif növlər üzrə baş məşqçilər təyin edib. Bunu Trend-ə Azərbaycan Su İdmanı Növləri Federasiyasının baş katibi Fərid Bənəniyarlı deyib.
Onun sözlərinə görə, Bəxtiyar Ağaxanov suya tullanma, Azər Babayev su polosu, Rəşad Əbdürrəhmanov isə üzgüçülük üzrə milli komandanın baş məşqçisi təyin ediliblər.
F.Bənəniyarlı qeyd edib ki, Federasiya məşqçi heyətinə böyük ümidlər bəsləyir. Bundan əlavə, qarşıya gənclərin cəlb edilməsi və müxtəlif yarışlara, o cümlədən 2014-cü il Avropa çempionatına hazırlıq üzrə tapşırıqlar qoyulub.