...

Atletiko Madridin futbolçuları Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi loqosunun əks olunduğu yeni köynəklərlə meydana çıxdı

İdman Materials 24 Noyabr 2013 22:42 (UTC +04:00)
İspaniyanın futbol klubu Atletiko Madrid ötən gün 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi loqosunun əks olunduğu yeni köynəklərlə meydana çıxdı.
Atletiko Madridin futbolçuları Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi loqosunun əks olunduğu yeni köynəklərlə meydana çıxdı

Azərbaycan Bakı, 24 noyabr /Trend/

İspaniyanın futbol klubu Atletiko Madrid ötən gün 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi loqosunun əks olunduğu yeni köynəklərlə meydana çıxdı.

Yeni görünüşlü köynəklər Kopa Del Rey sahiblərinin keçən il Azərbaycanla imzaladığı strateji sponsorluğun tərkib hissəsidir. Azərbaycanın paytaxtında keçiriləcək qitənin birinci multi-idman tədbirinin rəsmi loqosu həmin gün İtaliyanın Roma şəhərində 42-ci Avropa Olimpiya Komitəsinin (AOK) Ümumi Yığıncağında təqdim edilmişdir.

David Villa, Dieqo Kosta və Arda Turan kimi dünyaca tanınmış oyunçular dünən gecə Vincente Calderon stadionunda Gefate CF-yə qarşı 7:0 hesabı ilə gələbə çalaraq həmin həoyunda sinələrində Bakı 2015 loqosu ilə oynadılar. Komanda bu loqonu Azərbaycanı bütün dünyaya tanıtmaq məqsədilə ölkənin turizm şüarı olan "Odlar yurdu Azərbaycan" sözlərinin həkk olunduğu Atletiko formalarını nəzərdə tutan cari razılaşmanın bir hissəsi kimi gələcəkdə də daşıyacaq.

Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunları sadəcə Azərbaycanda deyil, bütövlükdə Avropada mühüm idman nailiyyətini təmsil edir. Oxşar fikirləri bölüşən Atletiko Madrid klubu ideyalarını dünyaya nümayiş etdirmək üçün Azərbaycanla güclərini birləşdirdi. Strateji müttəfiqlik yolu ilə hər iki tərəf idmanın hər kəsin həyatına inteqrasiya edilməsi ilə sağlam həyat tərzinin təşviqi və idman tədbirləri çərçivəsində mədəniyyətin bütün dünyaya tanıdılması sahəsində əməkdaşlıq edir. Qlobal təşəbbüslərinin tərkib hissəsi qismində Atletiko Madrid oyunçuları video ismarıclarla Bakıda keçiriləcək Avropa Oyunlarına dəstəklərini dilə gətirmişlər. Klubun adından ulduz hücumçu Dieqo Kosta bildirmişdir:

"Biz Atletiko Madrid olaraq 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını dəstəkləyirik. Həm Atletiko, həm Bakı bu işdə birgədirlər!" Dieqonun bir çox komanda yoldaşı da ona qoşularaq tədbiri və hər iki tərəfin rəhbərlik etdiyi hərəkatı dəstəklədiklərini nümayiş etdirmişdir. Arda Turan da kamera qarşısına gələrək həm şəhərə, həm də işinə şəxsi hörmətini və yaxın münasibətini ifadə etmiş və bildirmişdir: "İdmanla insanları və ölkələri birləşdirəcək birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə çox şadam. David Villa da bu tədbirin bütün Avropa gənclərinə göstərəcəyi müsbət təsirlə bağlı şərh etmişdir: "Bu oyunların gənclərdə idmana maraq oyadacağına və bütün Avropada Olimpiya atmosferi yaradacağına inanırıq. Biz də sizinlə oynayacağıq!" Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi idman vasitəsilə gəncləri ilhamlandırmaq istiqamətində hərəkata başçılıq edən Azərbaycanla Atetiko Madrid arasında strateji müttəfiqlik çərçivəsində mühüm təməl rolunu oynayacaq.

Bununla yanaşı, tərəfdaşlıq onların gənclərlə bağlı fəlsəfəsini də əhatə edir. Atletiko Madrid klubu ilə Azərbaycanın uşaqlar üçün idman imkanlarının artırılması yönündəki səyləri mübadilə proqramlarına və Azərbaycanın gənc futbolçularının Atletiko Madrid Akademiyasında ispan futbolunu yaşamaq imkanı ilə təmin edilməsinə gətirib çıxarmışdır. Hal-hazırda Atletiko Madrid Akademiyasında məşq edən uşaqlar birinci Avropa Oyunlarının Bakıda keçirilməsini böyük maraq və həyəcanla qarşılamış və bildirmişlər: "Birinci Avropa Oyunlarının Bakıda keçirilməsindən böyük fərəh hissi duyuruq. Bu oyunlar Azərbaycanın və Avropanın bütün idmançılarına böyük imkanlar təqdim edəcək."
'Dəyişiklik oyunları' adı verilən Bakı 2015-də 49 Olimpiya ölkəsindən 5400-dən çox atletin 18 idman növü üzrə yarışmasına şahid olacağıq. Bu idman növlərinə Avropanın əsas multi-idman tədbirində ilk dəfə keçiriləcək basketbol 3x3 kimi yeni format və sahələr də daxildir. Planların Avropanın ən dinamik dövlətlərindən birinin ambisiyalarını əks etdirməsi və qitədə əsas idman və mədəniyyət tədbirlərinin gələcəyi üçün cığır açması nəzərdə tutulur. Avropa Oyunları hər dörd ildən bir keçiriləcək və onlara rəhbərliyi AOK edəcək.

Azərbaycanın gənclər və idman naziri cənab Azad Rəhimov bildirmişdir: "İlk dəfə olaraq Avropada multi-idman tədbiri keçiriləcək və biz bu gözəl xəbəri bütün dünyadakı idmansevərlərə çatdırmaq istəyirik. Futbol klubunu fərqləndirən əsas element olan idman formasında məlumatların əks olunması ən effektiv vasitələrdəndir. Bizim Atletiko və onun hal-hazırda sinələrində Bakı 2015 loqosunu daşıdıqları oyunçuları ilə əməkdaşlığımız insanları idmanda birləşdirmək üzrə ortaq istəyimizə əsaslanır. Bu Oyunlar və bizim onlara ev sahibliyi etmək istəyimiz məhz bundan ibarətdir."

Atletikonun Avropaya dair ambisiyaları da var. İspaniyada ən çox dəstəklənən klublardan olan Atletiko Madrid ötən dörd mövsüm ərzində iki dəfə UEFA Avropa Liqasının və UEFA Superkubokunun qalibi olmuş və UEFA Çempionlar Liqasında 16-cı yerdə qərarlaşmışdır.
Azərbaycanlı dizayner Adəm Yunisovun tərtib etdiyi Bakı 2015 loqosu ölkənin qədim və müasir mədəniyyət və ənənələrini formalaşdıran beş elementdən ibarətdir. Loqo həm xalqın irsini, həm də yeni beynəlxalq idman, turizm və biznes mərkəzi kimi formalaşmasını əks etdirir. Loqonun təqdimatı ilkin idman proqramının və yarış cədvəlinin, o cümlədən yarışların keçiriləcəyi yerlərin baş planının tamamlanması da daxil olmaqla, silsilə tədbirlərin sonuncusudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti