...

Professor Raisa Terexina: Azərbaycan gimnastikanın inkişaf etdiyi aparıcı ölkələr sırasında olacaq (FOTO)

İdman Materials 23 Yanvar 2014 17:03 (UTC +04:00)
Bakıda Azərbaycan Gimnastika Federasiyasının təşəbbüsü ilə "İdman gimnastikasının növləri üzrə hazırlıq mərhələsinin metodikası və məzmunu" mövzusunda üçgünlük seminar təşkil edilib.
Professor Raisa Terexina: Azərbaycan gimnastikanın inkişaf etdiyi aparıcı ölkələr sırasında olacaq (FOTO)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir H.Vəliyev/

Bakıda Azərbaycan Gimnastika Federasiyasının təşəbbüsü ilə "İdman gimnastikasının növləri üzrə hazırlıq mərhələsinin metodikası və məzmunu" mövzusunda üçgünlük seminar təşkil edilib.

Trend-in məlumatına görə, seminarda gimnastikanın növlərinin beynəlxalq səviyyədə inkişaf tendensiyaları, idmançılara tələblər, onların hazırlıq səviyyəsi və s. məsələlər nəzərdən keçirilir.

Seminarı P.F.Lesqaft adına Milli Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Dövlət Universitetinin (Sankt-Peterburq) müəllim heyəti aparır.

Ali məktəbin professoru Raisa Terexinanın sözlərinə görə, Azərbaycanda gimnastik intizam sahəsində mütəxəssislərin elmi-metodik potensialına böyük diqqət ayrılır.

Seminarın əsas məqsədi təlim-tədris prosesinin yeni metodik, texniki və elmi səviyyədə keçməsi üçün məşqçilərlə ünsiyyət və onların ixtisasının, elmi potensialının artırılmasından ibarətdir.

R.Terexina deyib: "Hazırda idmanda idmançıların keyfiyyətcə yeni səviyyədə hazırlığını həyata keçirməyə imkan verən zəngin təcrübə, yeni texnologiyalardan istifadə təcrübəsi toplanıb. Bizim işimiz ona yönəldilib ki, yüksək nəticələr əldə olunarkən gimnastlar öz sağlamlıqlarını qoruyub saxlasınlar".

O, hesab edir ki, idmançıların sağlamlığa ziyan vurmadan yüksək nəticələrə nail olmaları və gələcək həyatda uğurla ictimailəşmələri, gimnastikanın inkişafı üçün öz elmi-praktiki təcrübələrini ötürmələri çox əhəmiyyətlidir: "Azərbaycanda xüsusilə bədii gimnastika, yüksək ixtisaslı idmançıların hazırlığı sahəsində böyük təcrübə toplanıb. Azərbaycan gimnastları Avropada və dünyada aparıcı mövqeləri tuturlar. Bunlar aparıcı gimnastika komandalarına ciddi rəqabət təşkil edən rəqabət qabiliyyətli komandalardır. Mən həmişə Azərbaycan komandalarından yüksək nəticələr gözləyirəm və güman edirəm ki, onlar Bakıda Avropa çempionatında uğurla çıxış edəcəklər".

Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi mütəxəssislərin ixtisasının artırılması məsələlərinə, təlim-tədris prosesini keyfiyyətcə yeni səviyyədə həyata keçirməyə icazə verən innovasiyalara, gimnastikada beynəlxalq əlaqələrə böyük diqqəti ayırır ki, R.Terexinanın hesab etdiyi kimi, bu, gimnastikada müsbət nəticələr verəcək çox yaxşı tendensiyadır: "Biz mütəxəssislər dünyada gimnastikanın inkişaf tendensiyalarının analizi zamanı Azərbaycanın gimnastikanın inkişaf etdiyi aparıcı ölkələrin arasında olacağını gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti