...

Güləşçilərimiz Moskvaya yollanır

İdman Materials 14 Fevral 2014 12:01 (UTC +04:00)
Fevralın 18-20-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu B.M.Gureviçin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.
Güləşçilərimiz Moskvaya yollanır

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Fevralın 18-20-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu B.M.Gureviçin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcəklər.

Yığma komandanın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında 10 güləşçimizin Moskvaya yollanması planlaşdırılır. Heyətdə Nofəl Babayev (42 kq), Pərvin Abdullayev (46 kq), Elgün Hüseynzadə (50 kq), Bəxtiyar Muradov (54 kq), İsrafil Yaqubzadə (58 kq), Arif Niftullayev (63 kq), Orxan Hümbətov (69 kq), Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yer alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti