...

"Bavariya" daha Dortmunddan futbolçu almayacaq

İdman Materials 24 Fevral 2014 18:47 (UTC +04:00)
Almaniyanın "Bavariya" (Münhen) komandası bundan sonra "Borussiya" (Dortmund) klubundan futbolçu transfer etməyəcək.
"Bavariya" daha Dortmunddan futbolçu almayacaq

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Almaniyanın "Bavariya" (Münhen) komandası bundan sonra "Borussiya" (Dortmund) klubundan futbolçu transfer etməyəcək.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə qərar "Bavariya" rəhbərliyinin keçirdiyi iclasda qəbul edilib. Klubun prezidenti Uli Höness "Bavariya"nı daha da gücləndirmək üçün belə bir addım atdıqlarını deyib.

Onun sözlərinə görə, klubun daha güclü rəqiblərə ehtiyacı var: "Biz transferlərimizlə əzəli rəqiblərimizi çətin vəziyyətə salmaq istəmirik".

Qeyd edək ki, Dortmund təmsilçisi ötən mövsüm əsas futbolçularından biri olan M.Getzeni "Bavariya"ya satmışdı. Klubun aparıcı hücumçularından sayılan R.Levandovski də mövsümün sonunda Münhenə gedəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti