...

Bakı-2015 Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları təsdiqlənib

İdman Materials 14 May 2014 12:44 (UTC +04:00)
2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları onların müvafiq Milli Olimpiya komitələri (MOK) üçün təsdiq olunub.
Bakı-2015 Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları təsdiqlənib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev/

2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları onların müvafiq Milli Olimpiya komitələri (MOK) üçün təsdiq olunub.

Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsindən Trend-ə bildiriblər ki, Fransada aerobika üzrə keçirilmiş Avropa çempionatının (4-10 noyabr 2013) və Portuqaliyada batut və tamblinqdən tullanma üzrə keçirilmiş Avropa çempionatının (7-13 aprel 2014) ardınca ümumilikdə 22 MOK üçün Bakıda keçiriləcək Avropa Oyunlarında aerobika və batut üzərindən tullanma üzrə nəzərdə tutulmuş 120 nəfər idmançı sayı ayrılıb.

İlk Avropa Oyunlarında yarışacaq ilk idmançılara öz MOK-ları tərəfindən yarışacaqları yerlərin tezliklə təklif olunması dönüş mərhələsi deməkdir.

Azərbaycana qonşu ölkə olan Gürcüstanın MOK-u yarışlarda iştirakla bağlı onlar üçün nəzərdə tutulmuş idmançıların sayını təsdiq edən ilk MOK olub. Azərbaycan MOK-un ev sahibliyi etdiyi yarışda ölkədən batut üzərindən tullanma üzrə maksimum dörd və aerobika üzrə altı idmançı qüvvəsini sınayacaq.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: "Bu gün MOK-ların ilk yarışacaq idmançılarının nəzərdə tutulan saylarının təyin olunması ilə Bakıda keçiriləcək ilk Avropa Oyunlarını həyata keçirmək kimi mühüm mərhələdəyik. Qarşıdan gələn aylarda veriləcək elanlar və idmançılar arasında aparılacaq seçimlər həm Azərbaycanda, həm də bütün Avropada idman yarışlarına qarşı həvəs və həyəcan oyadacaq. İdmançılar Oyunların mərkəzində olacaq və biz yarışlarda ölkələri üçün nəzərdə tutulmuş iştirak sayını əldə edən idmançıları təbrik edirik. Seçilən idmançılar gələn ilin yayında Bakıda səxavətlə və səmimi qarşılanacaqlarından əmin ola bilərlər".

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən möhtəşəm Milli Gimnastika Arenasının rəsmi açılışı olub. Arena Bakı-2015-in Atletlər Kəndinə yaxın ərazidə yerləşir.

6800 nəfərlik Arena sınaq yarışlarına ev sahibliyi edəcək ilk obyektlərdən biri olacaq və iyun ayında burada bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçiriləcək.

Atletlərlə bağlı Xidmətlər və əməliyyatlar şöbəsinin direktoru Ceyms MakLoud deyib: "Biz bütün Avropadakı 22 Milli Olimpiya Komitəsi ilə əlaqə saxlayıb onlar üçün idmançıların nəzərdə tutulan iştirak sayı barədə həmin komitələri məlumatlandırmışıq. Bu, Avropa Oyunlarının başlanması üçün yerdə qalan günlərdə daha çox tərəqqini özündə əks etdirir və bu tərəqqi Avropadakı bütün MOK-lara öz komandalarının Oyunlarda iştirakını planlaşdırmağa başlamalarına imkan yaradacaq".

İdman gimnastikası, bədii gimnastika və batut üzərindən tullanma yarışları - eyni zamanda, iki yeni qeyri-olimpiya oyunları aerobika və akrobatika - Bakı-2015 Oyunlarında nümayiş olunacaq.

Gimnastika yarışları altı gün müddətində ölkələrini fərdi, qrup və qarışıq şəkildə təmsil edəcək ümumilikdə 446 kişi və qadın gimnastlar arasında keçiriləcək.

Beş idman yarışı üzrə ümumilikdə 34 medal veriləcək. Bu, su idmanı növündən sonra istənilən idman növü arasında medal sayına görə ikinci ən yüksək göstəricidir.

Qeyd edək ki, Bakı-2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla yanaşı, qitədə İlk Avropa Oyunları olacaq.

Bakı-2015 Avropa Oyunları 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil etməsi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxçuluq, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakıya həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti