...

Azərbaycanın su polosu üzrə beynəlxalq hakimi Çempionlar Liqasının final oyunlarını idarə edəcək

İdman Materials 21 May 2014 12:40 (UTC +04:00)
Azərbaycandan su polosu üzrə beynəlxalq hakim Mark Koqanov mayın 28-dən 31-dək Barselonada (İspaniya) keçiriləcək su polosu üzrə Çempionlar Liqasının final oyunlarında hakimlik edəcək.
Azərbaycanın su polosu üzrə beynəlxalq hakimi Çempionlar Liqasının final oyunlarını idarə edəcək

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət /

Azərbaycandan su polosu üzrə beynəlxalq hakim Mark Koqanov mayın 28-dən 31-dək Barselonada (İspaniya) keçiriləcək su polosu üzrə Çempionlar Liqasının final oyunlarında hakimlik edəcək. Bu barədə Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

Final oyunlarında Avropanın altı ən güclü komandası iştirak edəcək.

M.Koqanovun sözlərinə görə, ötən il final oyunlarında cəmi dörd komanda iştirak etmişdi.

Bu il Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) qərarı ilə komandaların sayı altıyadək artırılıb və M.Koqanov altı görüşün hamısında hakimlər briqadasının tərkibində olacaq.

O, qeyd edib: "Final oyunlarında altı komanda Çempionlar Liqasının kuboku uğrunda mübarizə aparacaq. Bunlar Barselonanın yerli komandası "Barselonetta", "Breşia", "Pro Resso " (hər ikisi İtaliya), "Partizan", "Radniçki" (hər ikisi Serbiya) və "Primorye" (Xorvatiya) komandalarıdır. Mən su polosu üzrə beynəlxalq hakim kimi bu nüfuzlu turnirdə Azərbaycanı təmsil edəcəyəm".

Azərbaycanlı hakimin qeyd etdiyi kimi, gələn il su polosu üzrə Çempionlar Liqasının final oyunları İstanbulda (Türkiyə) keçiriləcək və o, hakimlər briqadasının tərkibində həmin oyunlara dəvət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti