Azərbaycan, Bakı, 23 may /Trend/
"Qəbələ" baş məşqçi Yuri Syominlə yollarını ayırıb.
Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar Azərbaycan kubokunun final matçının ardından rusiyalı mütəxəssis və klub rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub.
Görüş zamanı Syominin müqaviləsinin uzadılması məsələsi müzakirə edilib. Öncəki görüşlər zamanı "Qəbələ"də qalıb-qalmayacağını final matçından sonra qətiləşdirəcəyini deyən Syomin son toplantıda komandadan ayrılmaq istədiyini bildirib.
Rusiyalı mütəxəssis qərarını belə izah edib: "Doğrudan da, çox ağır mövsüm keçirdik. Bundan sonrakı müddətdə komandanı toparlamaq və Avrokubok oyunlarına hazırlamaq mənim üçün çətin olacaq. Bir müddət istirahət etməyə ehtiyacım var. Komandama, azarkeşlərimizə və rəhbərliyə bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. "Qəbələ"yə Avropa Liqasında və növbəti mövsümdə uğurlar arzulayıram".