...

FIFA DÇ-2022 üzrə korrupsiya qalmaqalına gələn ay münasibət bildirəcək

İdman Materials 5 İyun 2014 16:47 (UTC +04:00)
FIFA-nın Etika Komitəsi 2022-ci ildə Qətərdə dünya çempionatının (DÇ) keçirilməsi qərarı ilə bağlı korrupsiya qalmaqalı üzrə araşdırmanın nəticəsinə dair hesabatı iyulda təqdim edəcək.
FIFA DÇ-2022 üzrə korrupsiya qalmaqalına gələn ay münasibət bildirəcək

Azərbaycan, Bakı, 5 iyun /Trend/

FIFA-nın Etika Komitəsi 2022-ci ildə Qətərdə futbol üzrə dünya çempionatının (DÇ) keçirilməsi qərarı ilə bağlı korrupsiya qalmaqalı üzrə araşdırmanın nəticəsinə dair hesabatı iyulda təqdim edəcək. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu komitənin rəhbəri Maykl Qarsiya deyib.

Onun sözlərinə görə, araşdırma bir neçə aydır davam edir: "Biz araşdırma çərçivəsində müxtəlif sənədləri öyrənir və şahidləri dindiririk. Bu mərhələni iyunun 9-dək başa çatdırmaq planlaşdırılır. Hesabat isə 6 həftədən sonra təqdim olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti