Azərbaycan, Bakı, 15 iyun /Trend/
Bu gün Braziliyada keçirilən DÇ-2014-də E qrupunda İsveçrə və Ekvador arasında oyun baş tutub.
Trend-in məlumatına görə, oyun İsveçrənin qələbəsi 2:1 hesabı ilə bitib.
Oyunun 22-ci dəqiqəsində Valensiya vurduğu qolla Ekvador millisini irəli çıxartdı, 48-ci dəqiqədə Mehmedinin vurduğu qol hesabı bərabərləşdirib. Oyuna əlavə edilmiş 3 dəqiqənin sonunda Seferoviçin vurduğu qol İsveçrəni qalib edib.