...

"Araz"ın rəqibləri məlum oldu

İdman Materials 17 Oktyabr 2014 19:08 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkatması keçirilib.
"Araz"ın rəqibləri məlum oldu

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkatması keçirilib.

Trend AFFA-ya istinadən məlumat verir ki, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz "Araz" "İSK Dina Moskva" (Rusiya), "Slov-Matic Bratislava" (Slovakiya), "FK EP Chrudim" (Çexiya) komandaları ilə B qrupunda mübarizə aparacaq. Bu qrupun oyunları Çexiyada təşkil olunacaq.

Qeyd edək ki, "Araz" hazırda futzal klublarının UEFA reytinq siyahısında İspaniyanın "Barselona" və Qazaxıstanın "Kayrat" klubundan sonra 3-cü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti