...

FIFA DÇ-2018 və 2022-nin ev sahiblərinin seçilməsi üzrə araşdırmanın nəticələrini açıqlamır

İdman Materials 17 Oktyabr 2014 19:42 (UTC +04:00)
2018 (Rusiya) və 2022-ci il (Qətər) dünya çempionatlarının keçiriləcəyi ölkələrin seçilməsi üzrə araşdırmanın nəticələrinin tam dərc edilməsi hüquqi baxımdan mümkün deyil.
FIFA DÇ-2018 və 2022-nin ev sahiblərinin seçilməsi üzrə araşdırmanın nəticələrini açıqlamır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

2018 (Rusiya) və 2022-ci il (Qətər) dünya çempionatlarının keçiriləcəyi ölkələrin seçilməsi üzrə araşdırmanın nəticələrinin tam dərc edilməsi hüquqi baxımdan mümkün deyil. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu FIFA-nın Etika komitəsinin arbitraj palatasının rəhbəri Hans-Yohaim Ekkert deyib.

Onun sözlərinə görə, FIFA noyabrın ortalarında araşdırmanın nəticələri ilə bağlı bəyanat verəcək.

Qeyd edək ki, daha əvvəl FIFA-nın hüquqşünası Marko Villicer bəyan etmişdi ki, mövcud araşdırma üzrə hesabatın nəticələri açıqlana bilməz, çünki məxfilik təşkilatın Etika komitəsinin məcəlləsində təsbit edilib.

Rusiyanın idman naziri Vitali Mutko araşdırmanın nəticələrinin açıqlanmasının əleyhinə olub. FIFA-nın vitse-prezidenti Əli bin əl-Hüseyn və Etika komitəsinin sədri Maykl Qarsiya isə nəticələrin açıqlanmasının tərəfdarıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti