...

Su polosu üzrə Azərbaycan millisi növbəti təlim məşq toplantısına start verib (FOTO)

İdman Materials 19 Noyabr 2014 12:39 (UTC +04:00)
Su polosu idman növü üzrə Azərbaycan milli komandası növbəti təlim məşq toplantısına start verib
Su polosu üzrə Azərbaycan millisi növbəti təlim məşq toplantısına start verib (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Su polosu idman növü üzrə Azərbaycan milli komandası növbəti təlim məşq toplantısına start verib. Bu barədə məlumatı Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib.

Onun sözlərinə görə, Mingəçevirdəki "Kür" Olimpiya İdman-Tədris Mərkəzində toplaşan idmançılarımız gərgin məşqlərdən sonra 2 yoxlama oyunu keçiriblər. Komandamız Gürcüstan milli komandası qarşılaşıb və hər iki oyun heç heçə başa çatıb: 9-9 və 10-10.
Su polosu üzrə milli komandamızın baş məşqçisi Azər Babayevin bildirdiyinə görə qarşılaşmalar çox gərgin və mübarizə şəraitində keçib.

"Gürcüstan millisi su polosunda yetərincə öz sözünü demiş bir rəqibdir. Onlarla keçirilən bu yoxlama oyunlarında bir daha oyunçularımızı sınaqdan keçirdik. Təlim məşq toplantısı çərçivəsində daha bir yoxlama oyununu Tiflis şəhərində keçirməyi planlaşdırırıq. Avropa oyunları 2015-in start götürməsinə vaxt qısaldıqca biz daha çox işlər görmək, daha güclü rəqiblərlə idmançılarısınaqdan keçirmək istəyirik. Çalışırıq ki, ölkəmizdə keçiriləcək bu mötəbər yarışlarda Azərbaycanı layıqıncə təmsil edək" deyə Azər Babayev vurgulayıb.
Məlumat üçün bildirək ki, təlim məşq toplantısı noyabrin 13-dən 23-ə kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti