Azərbaycan, Bakı, 3 mart /Trend/
Futbolçu Dieqo Maradona Venesuelada televiziya verilişlərindən birinə sırğa və dodaq boyası ilə çıxıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, nə Maradona, nə də verilişin aparıcısı xarici görkəmdəki dəyişikliyi izah ediblər.
Bu ilin fevral ayında dünya KİV-ləri 54 yaşlı argentinalının üzünü cavanlaşdırmaq üçün plastik əməliyyat etdirdiyi barədə məlumat yaymışdılar. Buna səbəb kimi onun 24 yaşlı rəfiqəsinin yanında yaşlı görünməməsi göstərilir.