...

Su polosu üzrə Azərbaycan yığması dörddə bir finalda (FOTO)

İdman Materials 8 May 2015 14:21 (UTC +04:00)
Bu gün Bakı Su İdmanı Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su polosu idman növü üzrə beynəlxalq turnir 1-4-cü yerlər və 5-8-ci yerlər uğrunda yarışlarla davam edəcək.
Su polosu üzrə Azərbaycan yığması dörddə bir finalda (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Bu gün Bakı Su İdmanı Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su polosu idman növü üzrə beynəlxalq turnir 1-4-cü yerlər və 5-8-ci yerlər uğrunda yarışlarla davam edəcək.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan yığması İtaliya, Yunanistan və Rusiya yığmaları ilə birgə ilk dördlükdə mübarizə aparacaq. Olimpiya çempionu olmuş Macarıstan yığması, Asiya çempionu Qazaxıstan, Türkiyə və Gürcüstan yiğmaları isə 5-8-ci yerlər uğrunda yarışacaqlar.

Bildirilir ki, yarımfinal oyunları mayın 8-də axşam saatlarında Baki Su İdmani Sarayında baş tutacaq. Bakı vaxtı ilə saat 17:30-da İtaliya yığması Rusiya idmançıları ilə qarşılaşacaq. Azərbaycan vaterpolçuları isə saat 18:45-də Yunanıstan millisi ilə güclərini sınayacaqlar.

Mayın 9-da Bakı vaxtı ilə saat 11:30-da üçüncü və dördüncü yerlər uğrunda, 12:45 -də turnirin final qarşılaşması baş tutacaq.

Oyunlardan sonra qalıblərin mükafatlandırılması həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə vaterpol idman növü üzrə beynəlxalq turnir mayın 6-da start götürüb və 9-na kimi davam edəcək. Turnirin sonunda qalıblər kubok, medal və qiymətli hədiyyələrlə təltif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti