...

Bakıda su polosu üzrə beynəlxalq turnirin qalibi məlum oldu (FOTO)

İdman Materials 9 May 2015 16:30 (UTC +04:00)
Bu gün Bakı Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su polosu idman növü üzrə beynəlxalq turnirin final oyunları baş tutub.
Bakıda su polosu üzrə beynəlxalq turnirin qalibi məlum oldu (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend/

Bu gün Bakı Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su polosu idman növü üzrə beynəlxalq turnirin final oyunları baş tutub.

Azərbaycan Üzgüçülük Federasiyasından Trend-ə verilən məlumata görə, 3-cü yer uğrunda keçirilən qarşılaşmada Avropa üçüncüsü Rusiya komandası Azərbaycan millisinə 15:4 hesabı ilə qalib gəlib.

Finalda isə Avropa çempionu Yunanıstan millisi ilə dünya çempionu İtaliya yığma komandası qarşılaşıb. Gərgin keçən final oyununda əsas vaxt 10:10 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün penaltilər təyin olunub. Daha dəqiq olan İtaliya yığması 13:12 hesabı ilə qalib gələrək qızıl medallara sahib olub.

Final oyunundan sonra Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə vaterpol idman növü üzrə beynəlxalq turnirin qalıblərinin kubok, medal və qiymətli hədiyyələrlə təltif olunması mərasimi keçirilib.

Təltifetmə mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti, millət vəkili Xanlar Fətiyev və digər qonaqlar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti