...

"Beynəlxalq səmti müəyyənetmə günü" münasibətilə yarış təşkil edilib (FOTO)

İdman Materials 12 May 2016 16:05 (UTC +04:00)
Mayın 11-də “Beynəlxalq səmti müəyyənetmə günü” münasibətilə dünyanın 71 ölkəsinin 2000-dən artıq məntəqəsində yarışlar təşkil edilib.
"Beynəlxalq səmti müəyyənetmə günü" münasibətilə yarış təşkil edilib (FOTO)

Bakı. Trend:

Mayın 11-də "Beynəlxalq səmti müəyyənetmə günü" münasibətilə dünyanın 71 ölkəsinin 2000-dən artıq məntəqəsində yarışlar təşkil edilib.

Azərbaycanın Səmti Müəyyənetmə İdman Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Səmti Müəyyənetmə Federasiyasının təşəbbüsü ilə təşkil edilmiş yarışların əsas məqsədi bütün dünyada eyni gündə 250 min nəfərdən çox idmançının start etməsi ilə yeni dünya rekordunun müəyyən edilməsi, eləcə də bu idman növünün gələcəkdə Olimpiya Oyunları sırasına daxil olmağı hədəflədiyini göstərmək olub.

"Beynəlxalq səmti müəyyənetmə günü" münasibətilə Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası yeni rekordun müəyyən edilməsinə dəstək məqsədilə Velopark ərazisində yarış təşkil edib. 4 kateqoriya üzrə 150-dən çox idmançının qatıldığı yarışda idmançılar müəyyən edilmiş məsafə üzrə nəzarət məntəqələrində qeyd edilərək qələbə uğrunda mübarizə aparıblar.

Azərbaycanın Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Gənclər və İdman Nazirliyi və Bakı Media Mərkəzinin təşkilati dəstəyi ilə təşkil edilmiş yarışda qalib gəlmiş idmançılara diplom və qiymətli hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti