...

Boksçumuz medalın bir addımlığında büdrədi

İdman Materials 17 Avqust 2016 22:59 (UTC +04:00)
Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan boksçusu Elvin Məmişzadə növbəti qarşılaşmasını keçirib
Boksçumuz medalın bir addımlığında büdrədi

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan boksçusu Elvin Məmişzadə növbəti qarşılaşmasını keçirib.

Trend-in məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ¼ final mərhələsində Özbəkistan boksçusu Şaxobidin Zoirovla döyüşüb.

Təmsilçimiz hər 3 raundda özbək rəqibi ilə müqayisədə zəif təsir bağışlayıb. Hakimlər qələbəni Özbəkistan boksçusuna veriblər. Beləliklə, dünya çempionumuz olimpiadada mübarizəni dayandırıb.

Qeyd edək ki, digər boksçularımız – Lorenzo Sotomayor və Kamran Şahsuvarlı artıq yarımfinala yüksələrək ən az bürünc medalı təmin ediblər.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti