...

Kolumbiyada qəzaya uğramış təyyarədə 75 nəfərin həlak olduğu təsdiqləndi (YENİLƏNİB-3)

İdman Materials 29 Noyabr 2016 13:49 (UTC +04:00)
Kolumbiyada Braziliyanın "Şapekoense" futbol klubunun oyunçularının olduğu təyyarə qəzaya uğrayıb. Qəzada 75 nəfərin həlak olduğu təsdiqlənib.
Kolumbiyada qəzaya uğramış təyyarədə 75 nəfərin həlak olduğu təsdiqləndi (YENİLƏNİB-3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:59-da yayılıb)

Bakı. Trend:

Kolumbiyada qəzaya uğramış təyyarədə 75 nəfərin həlak olduğu təsdiqlənib.

Trend-in RİA Novosti agentliyinə istinadən məlumatına görə, bunu Medelyin şəhər polisi bildirib.

Qəzada daha əvvəl 13 nəfərin sağ qaldığı bildirilmişdi.

X X X

Kolumbiyada Braziliyanın "Şapekoense" futbol klubunun oyunçularının olduğu təyyarə qəzaya uğrayıb. Qəzada 13 nəfərin sağ qaldığı bildirilir.

Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Daha əvvəl 6 nəfərin sağ qalması barədə məlumat verilmişdi. Qəza bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Qəzaya uğrayan təyyarədə 81 nəfər – 72 sərnişin və ekipaj üzvləri olub.

“Şapekoense” klubunun üzvləri Cənubi Amerika Kubokunun oyununda iştirak etmək üçün Medelyin şəhərinə gedirmişlər.

X X X

Kolumbiyada Braziliyanın "Şapekoense" futbol klubunun oyunçularının olduğu təyyarə qəzaya uğrayıb. İlkin məlumatlarda qəzada 6 nəfərin sağ qaldığı bildirilir.

Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Qəzaya uğrayan təyyarədə 81 nəfər – 72 sərnişin və ekipaj üzvləri olub.

“Şapekoense” klubunun üzvləri Cənubi Amerika Kubokunun oyununda iştirak etmək üçün Medelyin şəhərinə gedirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti