...

İndoneziyadan Azərbaycana 200 atlet gələcək

İdman Materials 23 Fevral 2017 09:34 (UTC +04:00)
Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılmaq üçün İndoneziyadan 200 atlet Azərbaycana gələcək.
İndoneziyadan Azərbaycana 200 atlet gələcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılmaq üçün İndoneziyadan 200 atlet Azərbaycana gələcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İndoneziya parlament nümayəndə heyətinin rəhbəri Meutya Viada Hafid Milli Məclisdə görüş zamanı deyib.

Qonaq Azərbaycan ilə İndoneziya arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. M.V.Hafid Milli Məclisdə səmimi görüş üçün minnətdarlığını bildirib, Azərbaycanda olmaqdan hədsiz sevinc duyduqlarını vurğulayıb və xalqlar arasındakı münasibətləri yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti