...

Taekvandoçumuzdan daha bir medal - GÜMÜŞ

İdman Materials 17 May 2017 20:44 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan taekvandoçusu Fəridə Əzizova gümüş medal qazanıb.
Taekvandoçumuzdan daha bir medal - GÜMÜŞ

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan taekvandoçusu Fəridə Əzizova gümüş medal qazanıb.

Trend-in məlumatına görə, Dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova (67 kq) finalda Türkiyə təmsilçisi Nur Tatarla qarşılaşıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti