...

Avropa Liqasında ikinci mərhələnin püşkü atıldı - Rəqiblər kim oldu?

İdman Materials 19 İyun 2017 17:07 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində 2017-18-ci il mövsümünün UEFA Avropa Liqasınını birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilir
Avropa Liqasında ikinci mərhələnin püşkü atıldı - Rəqiblər kim oldu?

İlk xəbər saat 15:21-də yayımlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Bu gün İsveçrənin Nyon şəhərində 2017-18-ci il mövsümünün UEFA Avropa Liqasınını birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilir.

Trend-in məlumatına görə, "İnter" və "Zirə" klubları birinci təsnifat mərhələsində, "Qəbələ" isə ikinci təsnifat mərhələsində turnirə qoşulacaq. .

"İnter"in rəqibi Serbiyanın "Mladost Luçani" klubu olub. Klub ilk oyununu səfərdə keçirəcək.

"Zirə" isə Lüksemburqun "Differdanj" klubu ilə görüşəcək. Qəsəbə klubu ilk görüşünü evdə keçirəcək

Avropa Liqasının birinci təsnifat mərhələsinin matçları 29 iyun və 6 iyul tarixlərində, ikinci mərhələnin matçları 13 və 20 iyul tarixlərində keçiriləcək.

İsveçrənin Nyon şəhərində 2017-18-ci il mövsümünün UEFA Avropa Liqasınını ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib

Trend-in məlumatına görə, bu mərhələdə "Qəbələ" klubu turnirə qoşulacaq.

"İnter"in ilk mərhələni keçəcəyi təqdirdə növbəti mərhələdə “Fola” (Lüksemburq) – “Milsami” (Moldova) cütlüyünü qalibi ilə qarşılacaq. Klub ilk oyununu evdə keçirəcək.

"Zirə" isə ikinci mərhələyə adlayacağı təqdirdə “Astra” (Rumıniya) ilə görüşəcək.

Mübarizəyə ikinci mərhələdən qoşulan “Qəbələ” “Yagelloniya” (Polşa) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibini gözləyəcək.

Xəbər lenti

Xəbər lenti