...

İki cüdoçumuz DÇ-də ilk döyüşdə ipponla qalib gəldi (VİDEO) (YENİLƏNİB)

İdman Materials 30 Avqust 2017 14:03 (UTC +04:00)
Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatını davam edir.
İki cüdoçumuz DÇ-də ilk döyüşdə ipponla qalib gəldi (VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatını davam edir.

Trend-in məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov 1/32 final mərhələsində kosovalı Akil Qyakova ilə qarşılaşıb.

Avropa çempionu R.Orucov ilk döyüşündə ipponla qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Bu mərhələdə yarışan digər təmsilçimiz Hidayət Heydərov da Mərakeş cüdoçusu Əhməd əl-Məziatiyə ipponla qalib gəlib.

Qeyd edək ki, hələlik yığmamıza yalnız Orxan Səfərov (60 kq) medal (gümüş) qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti