...

Boksçularımız beynəlxalq turnirdə ikinci olub

İdman Materials 25 Sentyabr 2017 10:20 (UTC +04:00)

Bakı. Trend:

Boks üzrə gənclərdən ibarət Azərbaycan millisi Rusiyanın Nalçik şəhərində keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub.

Bu barədə Trend-ə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Vaqif Şirinovun rəhbərlik etdiyi komanda Avropa birinciliyinə hazırlıq çərçivəsində 3 yoldaşlıq görüşü keçirib.

Yığmamız ilk qarşılaşmasında Rusiyanın ikinci komandası ilə üz-üzə gəlib. Görüş boksçularımızın 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca Qazaxıstan millisi ilə gücünü yoxlayan təmsilçimiz bu dueldən də qalib ayrılıb – 8:2.

V.Şirinov, Əli İsmayılov və Etibar Abdullayevin rəhbərlik etdiyi yığma son qarşılaşmasında Rusiya-1-lə qüvvəsini sınayıb. Döyüş rəqibin 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, komandamız turniri ikinci yerdə bitirib. Yığmamızın heyətində Orxan Həsənov (56 kq), Niyaməddin Allahverdiyev (60 kq) və Məhəmməd Abdullayev (+91 kq) keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar.

Qeyd edək ki, boksçularımızın Avropa birinciliyinə hazırlığının son mərhələsi oktyabrın 1-18-də Bakıda olacaq.

Qitə çempionatı Türkiyənin Antalya şəhərində baş tutacaq. Yarış oktyabrın 20-dən 29-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti