...

"Neftçi" 197 günlük həsrətə son qoydu

İdman Materials 30 Oktyabr 2017 16:44 (UTC +04:00)
"Neftçi"nin ev oyunlarındakı qələbə həsrəti sona çatıb.
"Neftçi" 197 günlük həsrətə son qoydu

Bakı. Trend:

"Neftçi"nin ev oyunlarındakı qələbə həsrəti sona çatıb.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, paytaxt klubu Premyer Liqadakı uğursuz seriyanı X turda qırıb. “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən bakılılar 197 gündən sonra doğma azarkeşləri önündə 3 xal qazanıb.

Mövsümdə ilk dəfə öz meydanında qalib gələn “ağ-qaralar”ın son uğuru aprelin 15-də qeydə alınmışdı. AZAL-ı 4:0 hesabı ilə məğlub edən “Neftçi” sonrakı 4 ev oyununda uğursuzluq zolağına düşmüşdü. “Qarabağ”a ötən mövsümün sonunda 1:2, cari çempionatın startında 1:3 hesabı ilə uduzan “ağ-qaralar” “Kəpəz”lə qolsuz heç-heçə edib, “Zirə”yə də yenilmişdi – 1:2.

Qeyd edək ki, öz meydanındakı 4 oyunluq qələbəsizliyə son qoyan paytaxt klubu ümumilikdə ardıcıl 4-cü dəfə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti