...

İtaliya gimnastı: Dünya Kubokunun təşkilatçılıq səviyyəsi çox yüksəkdir

İdman Materials 27 Aprel 2018 16:34 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kubokunun təşkilatçılıq səviyyəsi çox yüksəkdir
İtaliya gimnastı: Dünya Kubokunun təşkilatçılıq səviyyəsi çox yüksəkdir

Bakı. Maksim Tsurkov - Trend:

Bədii gimnastika üzrə Dünya Kubokunun təşkilatçılıq səviyyəsi çox yüksəkdir.

Bunu Trend-ə İtaliya gimnastı Milena Baldassarri deyib.

Gimnast öz çıxışından da razı qaldığını bildirib:

“Halqa ilə hərəkətlərdə mən yaxşı çıxış etdim və nəticədən razıyam. Təəssüf ki, topla hərəkətdə səhvə yol verdim, amma yenə də yaxşı çıxış etdim”.

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

27-29 aprel tarixlərində keçiriləcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edəcək.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaqlar.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti